📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada hərbi vəziyyət müddəti yenə uzadıldı

2023-05-02 19:35:00

Ukraynada hərbi vəziyyət müddəti yenə uzadıldı

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb. Bu barədə məlumatı bu gün  Ali Radanın deputatı Yaroslav Jeleznyak verib.

Bazar ertəsi günü Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərlik müddətinin üç ay uzadılmasına dair qanun layihələrini parlamentə təqdim etmişdi.

Jeleznyak “Teleqram” kanalında yazıb”: “Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti 2023-cü il mayın 20-si saat 05:30-dan 90 gün müddətinə, yəni 2023-cü il avqustun 18-dək uzadılıb”.

Müharibə başlanandan artıq 7-ci dəfədir ki, bu məsələ Radada müzakirəyə çıxarılır.

Hürr Tərcüman