Ukraynada humanitar dəhlizlər açıqlandı
Baş nazirin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk bu gün Mariupol, Poloqov, Volnovaxa, Enerqodar, İzyum və Kiyev yaxınlığındakı bir sıra şəhərlərdən humanitar marşrutların açıldığını elan edib.
Bu barədə onun Ukrayna Prezidenti Administrasiyasının Telegram kanalında yerləşdirilmiş videomüraciətində deyilir.
Vereşşuk, "Biz yeni humanitar marşrutlar açırıq" deyə xəbər verib və müvafiq sahələrin siyahısını açıqlayıb. Bu, Mariupoldan Zaporojye istiqamətində marşrutdur.
"Bütün marşrut boyunca məcburi minatəmizləmə işləri aparılmaqla humanitar yüklərin olduğu karvan və avtobuslar Zaparojye şəhərindən Mariupol şəhərinə yola düşəcək. Biz gözləyirik və ümid edirik ki, marşrut bu gün işə düşəcək", deyə nazir bildirib.
Ülviyyə, Hurriyyet.az