Ukraynada icbari vaksinasiyaya qarşı mitinq keçirilir
2021-11-24 17:10:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Kiyevdə müəyyən peşə sahiblərinin yeni tipli koronavirusla bağlı icbari peyvənd edilməsinə qarşı kütləvi aksiya keçirilir.
Yüzlərlə etirazçı Ali Radanın binasının qarşısına toplaşıb. Bununla bağlı bir sıra küçələrdə və şəhərin mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Hürr Tərcüman