📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada karantin SƏRTLƏŞDİRİLİR

2021-10-28 23:14:00

Ukraynada karantin SƏRTLƏŞDİRİLİR

Ukraynanın paytaxtı Kiyevdə koronavirusa yoluxma artır.

Kiyevin bələdiyyə sədri Vitali Kliçko bu səbəbdən noyabrın 1-dən ölkədə karantin tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.

Noyabrın 1-dən etibarən kafe, restoran, idman zalı, alış-veriş mərkəzləri, ictimai nəqliyyat və kütləvi tədbirlərə giriş ancaq COVID-19 pasportu, ya da neqativ nəticəli PCR testi ilə mümkün olacaq. \\Qafqazinfo