📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada moldav dili rəsmən rumın dili hesab ediləcək

2023-10-19 13:19:40

Ukraynada moldav dili rəsmən rumın dili hesab ediləcək

Hurriyyet.az xəbər verir ki, Ukrayna rəhbərliyi indən belə moldav dilini rəsmən rumın dili hesab edəcək. Bu barədə məlumatı oktyabrın 18-də Ukraynada səfərdə olmuş Rumıniya Baş naziri Marçel Çolaku deyib.

Ukraynanın “Pryamoy” telekanalının məlumatına görə, Ukraynanın Nazirlər Kabinetinin başçısı Denis Şmıqal ilə birgə mətbuat konfransında çıxış edən Çolaku deyib: “Birgə iclasda qərar verilib ki, bundan sonra yeganə rəsmi dil olaraq, rumın dili tanınsın. Bu barədə Avropa Şurasına bildiriş göndərilməsi ilə yanaşı, bir sıra digər qanunverici addımlar da atılacaq. “Moldav dili” ifadəsi Rusiyanın ixtirasıdır”.

Hürr Tərcüman