📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada müharibə bu tarixdə başa çatacaq? - RƏSMİ AÇIQLAMA

2022-03-18 19:25:00

Ukraynada müharibə bu tarixdə başa çatacaq? - RƏSMİ AÇIQLAMA

Ukraynada müharibənin qızğın mərhələsinin başa çatacağı vaxt açıqlanıb.

Bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç teleqram kanalında bildirib.

Onun sözlərinə görə, müharibənin qızğın mərhələsi 2-3 həftəyə başa çatmalıdır:

"Kiyev, Xarkov, Sumı yaxınlığında döyüşlər başa çatıb. Onlar hətta hansısa ehtiyatlarını tapıb gətirərək hücuma keçmək istəsələr belə məğlubiyyətə düçar olacaqlar. Məsələ bir həftə və ya 10 günədək uzana bilər. Nəticə bəllidir, onlar strateji cəhətdən artıq uduzduqları kimi əməliyyatı da uduzacaqlar. Fikrimcə, Kiyev sakinlərindən çıxıb gedənlər aprelin ortalarında və ya sonunda evlərinə qayıda biləcəklər”. \\Sfera.az