📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada neçə nəfər Azərbaycan vətəndaşı var? - XİN-dən RƏSMİ AÇIQLAMA

2022-03-05 11:07:00

Ukraynada neçə nəfər Azərbaycan vətəndaşı var? - XİN-dən RƏSMİ AÇIQLAMA

Ukraynadakı Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən Moldova, Polşa Slovakiya, Macarıstan respublikalarına, habelə Rumıniya ərazisinə keçidi davam edir.

Bəs, hazırda Ukraynada təxliyyə gözləyən neçə nəfər soydaşımız qalıb?

Məsələ ilə bağlı Ednews-a danışan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, yaxın saatlarda bu günə aid olan yeni rəqəmlər nazirliyin rəsmi saytında ictimaiyyətə çatdırılacaq. Həmçinin, gün ərzində XİN-nin birifinqinin keçirilməsi də panlaşdırılır.

“Mehmet Çavuşoğlunun ölkəmizdə səfərdə olması ilə əlaqədar XİN rəhbəri Ceyhun Bayramovun iştirakı ilə brifinqin keçirilməsi ehtimalı var. Birinfinq zamanı təxliyyə olunan şəxslərlə bağlı yeni rəqəmlərin də açıqlanması istisna edilmir”.

Ednews Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Ukraynada hərbi əməliyyatların başlanmasından ötən günədək quru yolla qonşu ölkələrdən Moldova Respublikasına 6500, Polşa Respublikasına 770, Rumıniyaya 318, Slovakiya Respublikasına 60, Macarıstana isə 48 nəfər vətəndaşımız daxil olub.

Ötən günədək Rumıniya ərazisindən həyata keçirilən 5 çarter reysi ilə 900 nəfər azərbaycanlı, xüsusilə də qadınlar, uşaqlar, yaşlılar Azərbaycana təxliyə olunub. Ukrayna ilə həmsərhəd ölkəkərdən soydaşlarımızın çarter reysləri, habelə avtobuslarla təxliyyəsi bundan sonra da davam edəcək.