📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada peyvənd əleyhdarları küçələrə axışıblar

2021-11-03 16:17:00

Ukraynada peyvənd əleyhdarları küçələrə axışıblar

 

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, vaksinasiya əleyhdarları Kiyevin mərkəzində küçərələrə çıxıblar. Nəticədə küçələrdə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Aksiyada yüzlərlə insan iştirak edir. Etirazçılar müdafiə maskalarını taxmayıblar. Onlar karantin qaydalarının ləğv edilməsini, məktəblilərin normal dərs prosesinə geri qayıtmasını tələb edirlər, eyni zamanda koronavirusa qarşı peyvəndin məcburi olmasına etirazlarını bildirirlər.  

Hürr Tərcüman