Ukraynada PUA istehsalı 10 dəfə artırılıb
2025-02-21 15:58:09
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Ukrayna PUA istehsalını onqat artırıb
Ukraynanın Baş naziri Denis Şmıqal 2025-ci ilin yanvar ayında ötəl ilin eyni dövrü ilə müqayisədə ölkədə dron istehsalının 10 dəfə artdığını bəyan edib. Hökümət baçısı 2023, 2024-cü illər ərzində Ukraynada artilleriyanın 3, zirehli nəqliyyatın 5, tankəleyhinə silahın 2 dəfə artıq istehsal edildiyini söyləyib. Şmıqal deyib: " Hazırda ehtiyacımız olan silahın təqribən üçdə birini özümüz istehsal edirik. Hökumətin qarşısında duran məsələ bu rəqəmi 50 faizə çatdırmaqdır. Bu hədəfə çatmaq üçün bu il rekord məbləğdə büdcə ayrılıb".
Hürr Tərcüman