Ukraynada rus tankı avtomobilin üstündən keçdi... 20 yanvarda Bakıda olduğu kimi - VİDEO
2022-02-25 15:11:00
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Rusiyanın işğal elədiyi Ukraynanın paytaxtı Kiyev şəhəri səhər saatlarından bəri bombalanmaqdadır. Kiyevin girişində Rusiya tankı mülki avtomobilin üzərindən keçərək onu əzib. Avtomobilin içərisindəki qadın möcüzə nəticəsində sağ qalıb.
Bu, Azərbaycan xalqına tanış mənzərədir.
Xatırladaq ki, 1990-cı ilin 20 yanvar tarixində də sovet ordusunun Bakıya hücumu zamanı tanklar içərisində dinc vətəndaşlar olan mülki avtomibllərin üzərindən keçməklə insanları öldürmüşdülər.
Hürr Tərcüman