📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada Rusiyanın daha bir helikopteri vuruldu

2022-03-05 14:11:00

Ukraynada Rusiyanın daha bir helikopteri vuruldu

Ukrayna hərbçiləri Rusiyaya məxsus daha bir helikopteri vurub.

Hurriyyet.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiyalar İdarəsi verib. 

Ukrayna mediası Rusiya qoşunlarına məxsus təyyarənin vurulma anının videogörüntülərini yayıb. 

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, ötən sutka Ukrayna səmasında Rusiya qoşunlarına məxsus daha üç təyyarə və üç helikopter vurulub.