Ukraynada Rusiyanın daha iki qırıcısı vuruldu - VİDEO (Yenilenib)
Ukrayna Hava Hücumundan Müdafiə Birləşmiş Qüvvələri ölkənin Donetsk vilayətinin cənub-qərbində yerləşən Volnovaxa şəhərində Rusiyanın “Su-34” bombardmançı təyyarəsini vurublar.
Məlumat Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yayılıb. Bildirilib ki, bu təyyarə şəhər sakinlərini və infrastrukturu bombalayır mış.
Bundan əlavə Ukraynanın Kiyev vilayətinin paytaxtdan 8 km məsafədə yerləşən İrpen şəhərində Rusiya qüvvələrinin Su-30 qırıcısı vurulub.
Bu haqda isə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı məlumat verib.
Qeyd edək ki, ötən gün İrpen şəhəri Rusiya qüvvələrinin şiddətli bombardmanına məruz qalıb. Nəticədə şəhərdə çox sayda dinc sakin həlak olub.
azpolitika.info
Qeyd edək ki, sosial şəbəkələrdə dünən gecə İrpen yaxınlığında Su-25 təyyarəsinin vurulduğu barədə də xəbərlər yayılmışdı.