📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada seçki keçirilə bilməz - Makron

2025-02-21 16:57:57

Ukraynada seçki keçirilə bilməz - Makron

Fransa prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenskini legitim prezident hesab edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə BFM TV bildirib.

“Emmanuel Makron bildirib ki, onun ukraynalı həmkarı “qanuni” və “azad sistemin seçilmiş prezidentidir”.

Fransa prezidentinin sözlərinə görə, Zelenski “seçkilər keçirə bilməz”, çünki Ukraynada üç ilə yaxındır hərbi vəziyyət qüvvədədir. Bu, Makronun fikrincə, bütün seçki prosesini dayandırır.

Makron vurğulayıb ki, Aİ uzunmüddətli sülh yolu ilə Ukraynada daha çox demokratiya istəyir.

Bildirilib ki, Makron ABŞ-a səfəri zamanı Amerika lideri Donald Trampa Rusiya prezidenti Vladimir Putinlə söhbətində “zəif olmadığını” demək niyyətindədir.

Bakupost.az