Ukraynada səfərbərlik başlandı – 18 yaşından 60 yaşına qədər...
2022-02-23 14:50:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ukraynada ehtiyatda olan 18 yaşından 60 yaşına qədər şəxslərin hərbi xidmətə çağrılması başlanıb. Bu barədə məlumat Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən verilib.
Dünən – 2022-ci il fevralın 22-də Ukrayna Prezidenti Vladimir Zelenski 60 yaşına qədər ehtiyatda olan hərbçilərin səfərbərliyə cəlb edilməsi ilə bağlı qərar verib. O öz qərarını Ukrayna xalqına videomüraciətində açıqlayıb. Zelenski hazırda ümumi səfərbərliyə ehtiyac olmadığı üçün qismən səfərbərlik elan edildiyini bildirib.
Maksimal xidmət müddəti 1 il təşkil edəcək.
Hürr Tərcüman