📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada Suriyada döyüşmüş rus zabiti öldürüldü

2022-03-11 11:36:00

Ukraynada Suriyada döyüşmüş rus zabiti öldürüldü

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalçı ordusunun zabiti Vyaçeslav Maklaqini məhv edib. Zabit rusların Suriyadakı “əməliyyatlarında” iştirak edib. Bu barədə Telegram kanalları məlumat yayıb və ölümlə bağlı məlumatlar Rusiya mətbuatında da yer alıb.
Maklaqinin 29 yaşı var idi. Putin ölümündən sonra onu “İgidliyə görə” ordeni ilə təltif edib. Terrorçunun cənazəsi artıq Rostov vilayətinə çatdırılaraq dəfn edilib.
O ixtisasca proqramçı və naviqator olub və Uzaq Şərqdə hərbi xidmət edib. Həmçinin Suriyada döyüşüb.

Ülviyyə, Hurriyyet.az