📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada "Teleqram" qadağan edildi

2024-09-20 16:11:34

Ukraynada

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Milli Koordinasiya Mərkəzi dövlət məmurlarına və hərbçilərə iş cihazlarında "Teleqram" messencerindən istifadə eləməyi qadağan edib.
İdarənin məlumatında bildirilir ki, bu qərar ölkənin əsas güc və rəqəmsal nazirliklərinin təmsilçilərinin məşvərəti əsasında qəbul edilib.
Rəsmi açıqlamada qadağanın müdafiə müəssisələrinin, güc strukturlarının, həmçinin "kritik infrastruktur" təşkilatlarının əməkdaşlarına da şamil edildiyi bildirilir. 
Hürr Tərcüman