📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada yaşayış binası raketlə vuruldu – ölənlər və yaralananlar var

2023-04-28 10:35:00

Ukraynada yaşayış binası raketlə vuruldu – ölənlər və yaralananlar var

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Çerkassı vilayətinin Uman şəhəri Rusiya ordusunun hücumuna məruz qalıb. Yaşayış binasına atılan raket 6 nəfərin ölümünə,17 nəfərin yaralanmasına səbəb olub. Bu barədə məlumatı Ukrayna Prezidenti Ofisinin başçısı Andrey Yermak, Daxili İşlər Naziri İqor Klimenko, Çerkassı Vilayəti Dövlət Administrasiyasının sədri İqor Taburets öz “Teleqram” səhifələrində yazıblar.

Taburets yazıb: “Bu səhər işğalçılar Çerkassı vilayətinə hücum ediblər. Uman şəhərinə iki qanadlı raket zərbəsi endirilib – yaşayış binasına və anbara”.

Raket zərbəsi doqquzmərtəbəli yaşayış binasının blokunu dağıdıb.

Hürr Tərcüman