📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ukraynada yüzlərlə amerikalı hərbçi var”

2022-12-28 22:42:00

“Ukraynada yüzlərlə amerikalı hərbçi var”

“Hazırda Ukraynada ABŞ-nin yüzlərlə hərbi qulluqçusu yerləşdirilib”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Böyük oyun” proqramına müsahibəsində deyib.

“Onlarla, bəlkə də yüzlərlə Amerika əsgəri Ukraynadadır, onlar çevrilişdən əvvəl də orada olublar”, - deyə nazir bildirib.

Lavrov əminliklə qeyd edib ki, hazırda Ukraynanın paytaxtında ABŞ hərbi attaşesinin əhəmiyyətli ofisi var və Kiyev rəhbərliyinə “birbaşa məsləhətçi, bəlkə də məsləhətçilikdən daha çox” xidmət göstərir. \\Qafqazinfo