📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada “Z” və “V” simvolları qadağan edildi

2022-04-02 10:30:00

Ukraynada “Z” və “V” simvolları qadağan edildi

Ukrayna parlamenti Rusiya ordusunun istifadə etdiyi “Z” və “V” simvollarından istifadəni qadağan edən qanunu qəbul edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukraynada hakim Xalq Partiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, aprelin 1-də Ukrayna parlamentinin deputatlarının qəbul etdiyi qanunla Rusiya “terrorçu ölkə” kimi tanınıb.

Qəbul edilən qanunla Ukraynaya hücum edən Rusiya ordusunun simvoluna çevrilən “Z” və “V” simvollarının istifadəsi qadağan edilib.

Qeyd edək ki, “Z” və “V” simvolları Rusiya-Ukrayna müharibəsində Rusiyaya dəstək kimi başa düşülür. Əsasən Rusiya hərbi texnikasının üzərində əks olunur.