📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadakı ABŞ hərbçiləri döyüşlərdə iştirak edirlər? – Kirbi açıqlama verdi

2023-07-29 10:11:00

Ukraynadakı ABŞ hərbçiləri döyüşlərdə iştirak edirlər? – Kirbi açıqlama verdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi hazırda Ukraynada olan Amerika hərbçilərinin döyüşlərdə iştiak etmədiklərini bəyan edib.

Kirbi deyib: “Sizi inandıra bilərəm ki, onlardan heç biri hərbi əməliyyatlara və ya Ukrayna əsgərləri ilə birlikdə döyüşlərə cəlb edilməyib. Prezident aşkar bildirib: ABŞ hərçiləri Ukraynada müharibə aparmayacaqlar. Onlar bununla məşğul olmayıblar və olmayacaqlar”.

Hürr Tərcüman