📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadakı müharibə milyonlarla insan üçün aclıq təhlükəsi yarada bilər

2022-04-19 21:11:00

Ukraynadakı müharibə milyonlarla insan üçün aclıq təhlükəsi yarada bilər

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, BMT Ukraynadakı müharibə səbəbindən dünyada 47 milyona qədər insanın aclıqlıq təhlükəsi ilə üzləşəcəyini bəyan edib. Bu məlumat Ümumdünya Ərzaq Proqramının hesabatında verilib.

Təşkilatın proqnozuna görə, müharibə bəşəriyyət üçün dalğa effektinə malikdir. Hesabatda deyilir: “Taxıl və enerji daşıyıcıları bazarında qiymətlərin gözlənilən qlobal artımı müharibə başlanana qədər ərzaqla bağlı minimal tələbatlarını ödəyə bilməyənləri ağır vəziyyətə salacaq”.

Hürr Tərcüman