📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadakı müharibə Rusiyanı iqtisadi çöküşə sürükləyir 

2022-03-25 14:21:00

Ukraynadakı müharibə Rusiyanı iqtisadi çöküşə sürükləyir 

Ukraynaya hərbi müdaxilə Rusiyanı iqtisadi baxımdan 15 il geri salacaq. "Bloomberg"in yazdığına görə, bu proqnozu Beynəlxalq Maliyyə İnstitutunun iqtisadçıları səsləndirib.
İqtisadçılar hesab edir ki, daxili tələbatın kəskin azalması həlledici rol oynayacaq. Ekspertlər həmçinin xatırladıblar ki, Rusiyada rublun çökməsi, qlobal tədarük zəncirlərində və əmtəə qiymətlərində xaos, eləcə də şirkətlərin ölkədən kütləvi şəkildə getməsi müşahidə olunur.
İqtisadiyyatın 2022-ci ildə 15%, 2023-cü ildə isə 3% ixtisarı daralması gözlənilir ki, bu da Rusiyanın ÜDM-ni 15 il əvvəl olduğu səviyyəyə endirəcək. “Lakin ticarət embarqoları şəklində əlavə sanksiyalar tətbiq olunarsa, ixrac hazırda proqnozlaşdırdığımızdan daha çox azala bilər”, deyə iqtisadçılar əlavə ediblər.