Ukraynadakı müharibənin dəhşətləri – 344 uşaq həlak olub, çox sayda yaralı var
2022-07-02 12:54:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Baş Prokurorluğu Rusiya Federasiyasının ölkəyə tammiqyaslı silahlı təcavüzü nəticəsində 984 nəfərdən çox uşağın zərər çəkdiyini – onlardan 344 nəfərinin həlak olduğunu, 640-dan artıq uşağın yaralandığını bəyan edib. Araşdırmalar tam başa çatmadığından real rəqəmlərin daha böyük olduğu güman edilir. Ən çox Donetsk, Kiyev, Çerniqov, Luqansk, Nikolayevsk, Xerson və Zaporojye vilayətlərində uşaqlar zərər çəkiblər.
Ötən gün ərzində 1 uşaq həlak olub və 2 yaşlı qız ilə 8 və 13 yaşlarında oğlanlar yaralanıblar. Yaralı uşaqlardan ikisinin vəziyyəti ağırdır.
Hürr Tərcüman