📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadakı müharibənin səbəbi bu idi - Podolyak

2022-05-09 15:14:00

Ukraynadakı müharibənin səbəbi bu idi - Podolyak

Ukraynadakı müharibənin səbəbi yalnız Rusiyanın ağrılı imperiya ambisiyaları idi.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"NATO ölkələri Rusiyaya hücum etmək fikrində deyildi. Ukrayna Krıma hücum etməyi planlaşdırmırdı. Rusiya hərbçiləri öz ölkələrini müdafiə etmək üçün yox, başqasını işğal etməyə çalışırlar. Bu müharibənin Rusiyanın ağrılı imperiya ambisiyalarından başqa heç bir rasional səbəbi yox idi”, - Podolyak bildirib.

Qeyd edək ki, Putin Qələbə paradındakı çıxışında NATO-nun Rusiyaya, Ukraynanın Krıma hücum etmək niyyətində olduğunu, ona görə Ukraynada savaş başlatdığını, rus əsgərlərinin Ukraynada Rusiyanı müdafiə etdiklərini bildirib.