📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadakı səfirimiz o oldu

2023-05-23 14:56:00

Ukraynadakı səfirimiz o oldu

Prezident İlham Əliyev Seymur Mərdəliyevlə bağlı Sərəncam imzalayıb.

Hurriyyet.az xəbər verir ki, Sərəncamla Seymur Qurban oğlu Mərdəliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılıb. 

Prezidentin digər Sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.