📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadan açıqlama: ötən gecə 12 İran dronunu vurduq

2022-10-19 11:51:00

Ukraynadan açıqlama: ötən gecə 12 İran dronunu vurduq

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Nikolayevsk Vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vitali Kim oktyabrın 18-dən 19-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin Rusiyanın İran istehsalı olan 12 ədəd “Shahed-136” kamikadze dronunu vurduqlarını bildirib.

Açıqlamada deyilir: “Oktyabrın 18-dən 19-na keçən gecə düşmən Nikolayevsk vilayətinə “Shahed-136” tipli kamikadze dronlarla hücum edib.

On bir dron “Cənub” Hava Komandanlığının HHM sistemləri və qüvvələri tərəfindən vurulub, bir PUA-nı isə Ukraynanın Milli Qvardiyasının hərbçiləri zərərsizləşdirib”.

“Shahed-136” dronları İranda istehsal edilir və Rusiya hərbçiləri tərəfindən “Qeran-2” adı ilə istifadə edilir.

Ukraynanın Prezidenti Ofisinin müşaviri Mixail Podolyak bəyan edib ki, İran öz istehsalı olan kamikadze dronlarının Ukrayna şəhərlərinə hücumu nəticəsində həlak olmuş ukraynalıların qətlinə görə birbaşa məsuliyyət daşıyır. 

Hürr Tərcüman