📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadan açıqlama: “Türkiyə ilə birlikdə Rusiyaya qarşı...”

2022-01-13 09:49:00

Ukraynadan açıqlama: “Türkiyə ilə birlikdə Rusiyaya qarşı...”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynanın Prezident Administrasiyasının Xarici Əlaqələr və Avropaya İnteqrasiya Baş Departamentinin rəhbəri İqor Jovkva Rusiyaya müqavimət göstərmək məqsədi ilə rəsmi Kiyevin Ankara ilə danışıqlar apardığını bəyan edib.

Jovkva Ukrayna radiosuna müsahibəsində deyib: “Qara dəniz – sözsüz ki, Ukrayna üçün mühüm və prioritet regiondur. Məsələn, biz artıq Türkiyə ilə birlikdə Qara dənizdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı, Qara dəniz dövlətlərindən biri olan Rusiya Federasyasının səylərinin qarşısını almaq məqsədi ilə güclərimizi birləşdirmək üçün danışıq aparırıq. Biz bununla bağlı NATO üzvləri ilə də müzakirələr etməliyik. Çünki onlar üçün də bura – prioritet regiondur”.

Bundan əvvəl Rusiya XİN-in MDB ölkələri üzvə II Departamentinin direktoru Aleksey Polişuk mətbuata müsahibəsində ABŞ ilə onun müttəfiqlərinin Ukraynanı və Qara dəniz regionun hərbi  cəhətdən mənimsəməklə Rusiya üçün birbaşa təhdid yaratdıqlarını və dünyada sabitliyi pozduqlarını bəyan eləmişdi.

Hürr Tərcüman.