📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadan Azərbaycana təşəkkür

2022-12-28 19:12:00

Ukraynadan Azərbaycana təşəkkür

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba son iki həftə ərzindən Rusiya ordusunun zərbələri nəticəsində zərər çəkmiş enerji sisteminə dəstək üçün transformatorlar və generatorlar almaq məqsədilə Kiyevin bir sıra Avropa ölkələri ilə danışıq apardığını bildirib. Nazir bu açıqlamanı “İnstaqram” səhifəsində verib.

Kuleba yazıb: “Ruiyanın zərbələrindən sonra Ukraynanın enerji sistemini bərpa eləmək üçün Ukrayna Prezidenti dünyanın bütün nöqtələrindən avadanlıq toplayır və cəlb edir. Hazırda bütöv bir enerji koalisiyası Ukraynaya yardım üçün çalışır”.

Kuleban aşağıdakı ölkələrin avadanlıq göndərdiyini yazıb:

Litva, İrlandiya, Polşa hökumətlərindən 7 avtotransformator;

Almaniya, Norveç, İspaniyadan gücü 100 kVt-dan artıq olan 543 generator;

Finlandiyadan 24 transformator;

Azərbaycandan 45 transformator;

İsraildən 19 ədəd güclü generator.

Kuleba yazıb: “Yardıma görə dostlarımıza minnətdarıq! Bu çətin qışdan birlikdə çıxacağıq və Rusiya terrorunu dəf edəcəyik”.

Qeyd edək ki, “Azerenerji” ASC-nin Ukraynaya göndərilməsi üçün təmin etdiyi 45 güc transformatoru və 50 generatordan ibarət humanitar yardımın ümumi məbləği təxminən 1 milyon 422 min manat olub.

Hürr Tərcüman