Ukraynadan iddia: “Xersona səfər edən şəxs Putin deyil”
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov müvəqqəti olaraq Rusiya işğalında olan Xerson və Luqansk torpaqlarında səfər etmiş şəxsin Prezident Vladimir Putin yox, onun oxşarlarından biri olduğunu söyləyib.
Danilov deyib: “Əvvəla, Putin orada olmayıb. Bu, açıq-aşkar məlum məsələdir. Həqiqi Putinlə ünsiyyətdə olmaq üçün siz azı 10-14 gün karantində qalmalısınız. Putin orada olmayıb. Adicə oxşarı olub – onun bir neçə oxşarının olması isə məlum məsələdir”.
Danilov koronavirus pandemiyası başlanandan sonra xarici qonaqların Putinlə uzun masada uzaq məsafədə əyləşdirildiyini də söyləyib: “Onunla görüşmək üçün 2-3 həftəlik uzun hazırlıq prosesi lazımdır. Artıq çoxdandır ki, o qəfil görüşlər keçirilmir”.
Hürr Tərcüman