Ukraynadan ittiham: “Rusiya bizdən oğurladığı taxılı Suriyaya aparıb”
Hurriyyet.az “Amerikanın səsi” radiosuna istinadla xəbər verir ki, Ukraynanın Beyrutdakı səfirliyi “Rusiyanın ölkəyə təcavüz elədikdən sonra Ukraynadan oğurladığı 100 min tona qədər buğdanı öz müttəfiqi olan Suriyaya göndərdiyini” bəyan edib və bunu “cinayətkar fəaliyyət” adlandırıb. Səfir bu açıqlamanı “Röyters” agentliyinə müsahibəsində verib. Onun sözlərinə görə, Rusiya bayraqlı “Matros Poziniç” gəmisi 19 may tarixində buğda ilə yüklənərək Sevastopol limanından yola çıxıb və may ayının axırında Suriyanın Latakiya dəniz limanına çatıb. “Planet Labs PBC” şirkətinin əldə elədiyi peyk çəkilişlərinə görə, gəmi 29 may tarixində Suriyadakı limana çatıb.
Ukraynanın Livandakı səfirliyi Ukraynanın hüquq-mühafizə orqanlarına istinadla bəyan edib ki, “Matros Poziniç”in göyərtəsindəki taxıl Ukraynanın bu yaxınlarda Rusiya hərbçiləri tərəfindən zəbt edilmiş anbarlarından oğurlanıb.
Hürr Tərcüman