📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadan Kursk əməliyyatı ilə bağlı gözlənilməz açıqlama

2024-08-13 16:44:10

Ukraynadan Kursk əməliyyatı ilə bağlı gözlənilməz açıqlama

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində ələ keçirdiyi əraziləri ilhaq eləmək niyyətində olmadığını bildirib. "RBK-Ukraina" nəşri XİN təmsilçisinin açıqlamasını dərc edib.
Tixiy Kursk əməliyyatının "cəbhəyə yardım etdiyini" və Rusiyanın hərbi logistikası üçün çətinlik törətdiyini bildirib: "Bu, Rusiyanın Donbassa əlavə qüvvələr göndərməsinə imkan vermir və onun hərbi logistikası üçün çətinliklər törədir. Ukrayna Silahlı Qüvvələrinin hədəfi yalnız hərbi obyektlər və hərbi kontingentdir".
Tixiy Ukraynanın beynəlxalq insan hüquqlarına riayət etdiyini söyləyib.
Hürr Tərcüman