📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadan Macarıstana rəsmi etiraz

2023-06-03 23:25:00

Ukraynadan Macarıstana rəsmi etiraz

Kiyev Krımsız Ukrayna xəritəsini əks etdirən videoya görə Budapeştə rəsmi etiraz notası göndərib.

Macarıstan hökuməti Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağıran videoda Krımı bu ölkənin ərazisi kimi göstərməyib.

“Macarıstan təxribatları dayandırmalı və BMT, Aİ və NATO-ya üzvlük çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir”, - nazirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, videoda Krımın Ukraynanın tərkibində olmaması Budapeştin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir. \\Teleqraf.com