Ukraynadan məhv edilmiş Rusiya gəmisinin heyəti ilə bağlı açıqlama
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyanın "Sergey Kotov" adlı patrul gəmisinin dəniz dronları tərəfindən məhv edilməsi ilə bağlı detalları açıqlayıb.
İlkin xəbərlərdə gəmi heyətinin taleyinin naməlum qaldığı deyilsə də, Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin təmsilçisi Andrey Yusovun "Azadlıq radiosu"na açıqlamasında gəmi heyəti üzvləri arasında həlak olanların və yaralıların olduğu bildirilir.
Yusov deyib: "Ölənlər və yaralananlar var. Lakin heyətin bir qisminin təxliyə olunması ehtimalı da var. Ən yazın quru ərazisindən düşmənin azı 10-dan artıq təcili yardım maşınının gəldiyi bəllldir. Yəni, çox güman ki, təxliyə əməyyatı aparılıb.
"Sergey Kotov" gəmisi "Moskva" kreyseri ilə birlikdə Zmeyinı adasına hücumda iştirak edib. İndi yenə də "Moskva" kreyserinin yanına yollanmış oldu".
Hərbi kəşfiyyat təmsilçisinin sözlərinə görə, bu gəmidə zenit-raket kompleksləri yerləşdirmək planlaşdırılıbmış.
Hürr Tərcüman