Ukraynadan Polşa ilə Avropa İttifaqına etiraz notası
2023-04-29 14:16:00
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna kənd təsərrüfatı məhdullarının idxalını əngəllədiklərinə görə Polşa dövlətinə və Avropa İttifaqına etiraz notaları göndərib. Notalar Polşanın Kiyevdəki səfriliyinə və Aİ-nin Ukraynadakı nümayəndəliyinə təqdim edilib.
Bu barədə məlumatı Ukrayna XİN-in spikeri Oleq Nikolenko verib. O deyib: “Hansı səbəblərə əsasən olursa-olsun, bu cür məhdudiyyətlər Ukrayna ilə Avropa İttifaqı arasındakı razılaşmaya və Aİ-nin vahid bazarının prinsip və normalarına uyğun gəlmir”.
Hürr Tərcüman