📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadan qərar: 18-60 yaş arası kişilərin ölkədən çıxışı qadağan edildi

2022-02-25 09:23:00

Ukraynadan qərar: 18-60 yaş arası kişilərin ölkədən çıxışı qadağan edildi

Ukraynada 18-60 yaş arası kişilərin ölkədən çıxışı qadağan edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Lvov gömrük idarəsinin rəhbəri Daniil Menşikov açıqlama verib. O, bildirib ki, 18-60 yaş arası olan kişilərin ölkədən çıxışına icazə verilməyəcək.

"Bu qərar hərbi vəziyyətə görə qəbul olunub. Panikaya düşməyin və icazəsiz sərhədi keçməyin", - Daniil Menşikov deyib. 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumundan sonra mülki şəxslər kütləvi şəkildə şəhərləri tərk etməyə başlamışdı. 

Xatırladaq ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi əli silah tutan hər kəsə silah paylanılacağını açıqlamışdı.