📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadan Rusiyanın itkiləri barəsində açıqlama

2022-10-29 14:53:00

Ukraynadan Rusiyanın itkiləri barəsində açıqlama

Ukrayna 70 mindən çox, Şoyqu isə 6 minə yaxın hərbçinin öldüyünü bildirir

Hurriyyet.az  TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyənin Baş Qərargahından verilən açıqlamada Rusiyanın Ukraynada müharibəyə başlamasından indiyə qədər 70 250 hərbçisinin öldürüldüyünü, son sutka ərzində də 550 əsgərini itirdiyini iddia edib.

Açıqlamada Rusiyanın 273 təyyarə, 252 vertolyot, 2 659 tank, 5 401 zirehli texnika, 1 708 top, 380 raketatar, 195 HHM, 16 gəmi və katerin və 1406 dronun Ukrayna SQ tərəfindən məhv edildiyi qeyd edilir.

Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu isə 21 sentyabr tarixli açıqlamasında Ukraynadakı müharibədə 5 937 rusiyalı hərbçini itirdiklərini bildirmişdi.

Hürr Tərcüman