📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadan sensasion texnoloji zərbə: Rusiyanın iki “Oreşnik” raketi iflic edildi

2026-11-12 20:08:18

Ukraynadan sensasion texnoloji zərbə: Rusiyanın iki “Oreşnik” raketi iflic edildi

Ukrayna ordusuna məxsus “Lima” radioelektron mübarizə (REM) sistemi mayın 24-də Kiyev vilayəti istiqamətində buraxılan iki ədəd “Oreşnik” ballistik raketinin uçuş trayektoriyasını pozaraq onları hədəfdən yayındırıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The New York Times” nəşri sistemi idarə edən ukraynalı hərbçilərə istinadən məlumat yayıb. “Alkimyaçı” çağırış adlı bölmə komandirinin sözlərinə görə, Amerika kəşfiyyatından gözlənilən zərbə barədə təcili xəbərdarlıq alındıqdan dərhal sonra operator təkmilləşdirilmiş “Lima Quant” sistemini işə salıb.

Nəticədə raketlərdən biri Belaya Tserkov şəhərindəki qaraj kooperativi ərazisinə düşüb, digəri isə havada parçalanaraq qalıqları işğal olunmuş ərazilərə səpələnib və beləliklə, raketlərin heç biri nəzərdə tutulan strateji hədəfə çatmayıb.

Peyk naviqasiyasına müdaxilə etmək və koordinatları saxtalaşdırmaq (spufinq) üçün hazırlanmış “Lima” kompleksi düşmənin yüksək dəqiqlikli raket və dronlarını istiqamətdən azdırır. Ukrayna hərbçilərinin iddiasına görə, təkcə 2026-cı ilin ilk üç ayı ərzində bu sistem Rusiyanın 30-dan çox qanadlı raketini və təxminən 10 min pilotsuz uçuş aparatını kursdan çıxararaq zərərsizləşdirməyə kömək edib.