📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadan təxliyə edilən azərbaycanlılar sabah Bakıya gətirilir

2022-02-26 22:59:00

Ukraynadan təxliyə edilən azərbaycanlılar sabah Bakıya gətirilir

Ukraynanın müxtəlif şəhərlərində çıxılmaz vəziyyətdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi çərçivəsində ilk təyyarə sabah Bakıya gələcək.

Türkiyə hava yolları şirkətlərinin təyyarələri ilə Ukraynadan Moldovaya təxliyə edilən vətəndaşlar Moldovadan avtobuslar vasitəsilə Rumıniyaya aparılacaq.

Bu ölkədən isə həmyerlilərimizin təyyarələrlə Bakıya gətirilməsi təmin ediləcək.

Təxliyə prosesi Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Ukraynanın Azərbaycandakı fəxri konsulu Mehrəli Qasımovun dəstəyi ilə həyata keçirilir. \\Qafqazinfo