📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynadan XƏBƏRDARLIQ: Zaporojye AES-in partladılması halında Türkiyə də zərər çəkə bilər

2023-06-21 12:51:00

Ukraynadan XƏBƏRDARLIQ: Zaporojye AES-in partladılması halında Türkiyə də zərər çəkə bilər

Zaporojye AES-in partladılması halında Türkiyə də zərər çəkə bilər. Belə ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəhbəri Budanov Rusiya tərəfinin Zaporojye AES-i də minaladığını bildirib.

Onun partlaması halında Türkiyə, Belarus, Rumıniya və Moldova əraziləri də daxil olmaqla 2 milyon kvadrat kilometr ərazi çirklənəcək. Müqayisə üçün bildirək ki, Çernobıl AES-də baş verən qəzadan sonra çirklənmiş ərazilərin sahəsi 200 min kvadrat kilometr təşkil edib.

Ülviyyə, Hurriyyet.az