Ukraynalı agent saxlanıldı - Donbas belə ələ keçiriləcək
2022-02-19 21:05:00
Donetskdə Ukrayna agentinin saxlanıldığı barədə məlumat yayılıb.
Agent adlandırılan Anton Matsanyukun iddiasına əsasən, Ukrayna ordusu Donbası zorla ələ keçirmək niyyətindədir. Belə ki, o, Donetskin aramsız olaraq atəşə tutulacağını, əsasən də çoxmərtəbəli binaların atəşə məruz qalacağını iddia edib./Axar.az