📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynalı deputat Viktor Medvedçuk saxlanılıb

2022-04-12 23:15:00

Ukraynalı deputat Viktor Medvedçuk saxlanılıb

Ukraynanın “Həyat uğrunda Müxalifət Platformu” partiyası siyasi şurasının sədri Viktor Medvedçuk saxlanılıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

"Xüsusi əməliyyat Ukraynanın Təhlükəsizlik Xidmətinin köməyi ilə keçirilib. Afərin! Təfərrüatlar sonra", - Prezident instagram hesabında yazıb.

Qeyd edək ki, Viktor Medvedçuk Ukrayna qanunlarını pozub. O, habelə Rusiyaya qanunsuz səfər edib. Qərb ölkələri Medvedçukun (Rusiya prezidenti onun kiçik qızı Daryanın xaç atasıdır) yaxtasına həbs qoyub.

 

 

Report.az