📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynalı deputatlar Milli Məclisdə olublar

2026-11-18 19:34:26

Ukraynalı deputatlar Milli Məclisdə olublar

Noyabrın 18-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının deputatları ilə görüşüblər.

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan–Ukrayna münasibətləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi və beynəlxalq təşkilatlarda əməkdaşlıq müzakirə olunub.

İşçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı dəstəyin iki ölkə arasında əməkdaşlığın genişlənməsinə şərait yaratdığını bildirib.

Ukrayna Ali Radasının deputatı Maksim Tkaçenko nümayəndə heyətinin Qarabağa səfərindən məmnun qaldığını deyib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, eləcə də Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndirib.

Görüşdə Milli Məclisin deputatları Asim Mollazadə, Kamran Bayramov və Cavanşir Feyziyev də çıxış ediblər. Deputatlar parlamentlərarası təmasların siyasi dialoqun dərinləşməsində və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində rolunu vurğulayıblar.