📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynalı keçmiş deputat Kiyev uğrunda döyüşdə həlak oldu

2022-03-07 23:41:00

Ukraynalı keçmiş deputat Kiyev uğrunda döyüşdə həlak oldu

Ukrayna Radasının keçmiş deputatı Aleksandr Marçenko Rusiya işğalçıları ilə döyüşdə həlak olub.

Bu barədə ukraynalı deputat Oleq Tyaqnibok “Facebook” səhifəsində məlumat verib.

O bildirib ki, Aleksandr Marçenko Kiyevdə işğalçılarla döyüşdə həlak olub.

“Qəhrəmanın ruhu şad olsun! Düşmənə ölüm! Gəlin qisas alaq!” – deyə Tyaqnibok yazıb.