Ukraynalı qaçqın uşaqların sayı 1 milyonu ötdü-UNİCEF
2022-03-11 11:18:00
Valideynləri ilə birlikdə Rusiya işğalından xilas olmaq üçün xarici ölkələrə gedən ukraynalı qaçqın uşaqların sayı bir milyonu ötüb. Bu barədə "Ukrinform" BMT-nin Uşaq Fonduna (UNICEF) istinadən məlumat yayıb.
Qeyd olunur ki, bir milyondan çox uşaq valideynləri ilə birlikdə əsasən Polşa, Macarıstan, Slovakiya, Moldova və Rumıniyaya gedib.
"Köçməyə məcbur olan uşaqların sayı o qədər çoxdur ki, bu Ukraynada uşaqlar və ailələrin nə qədər çıxılmaz vəziyyətdə olduğunu göstərir. Uşaqlar təhlükəsizlik axtarışında olduqları üçün hər şeyi geridə qoyub gedirlər. Bu, ürək parçalayandır", deyə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xan bildirib.
Ülviyyə, Hurriyyet.az