Ukraynalı qaçqınların sayı 7 milyona çatır
2022-06-03 21:38:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukraynadan olan qaçqınların sayı 7 milyon nəfərə çatıb. Bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı verib.
Rəsmi məlumatlara görə, müharibə başlanandan bəri Ukraynanı 6 983 041 nəfər qaçqın tərk edib. Onlardan 3 690 089 nəfəri Polşaya pənah aparıb.
Hürr Tərcüman