📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynalı səfir Türkiyəyə müraciət etdi: Bizə kömək edin, itkilərimiz var

2022-02-24 14:20:00

Ukraynalı səfir Türkiyəyə müraciət etdi: Bizə kömək edin, itkilərimiz var

Ukraynanın Ankaradakı səfiri Vasyl Bodnar mülki şəxslər arasında da itkilərin olduğunu deyib.

Hurriyyet.az xəbər verir ki, səfir Türkiyə hökumətinə səslənib.

"Türkiyə hökumətinə səslənirəm, Ukraynaya kömək edin. Çanaqqala boğazının qapadılması üçün müraciət edirik. Hücuma keçən rus əsgərləri arasında ciddi itkilər var. Ukraynanı müdafiə edən əsgərlər arasında da itkilər var. Mülki şəxslər arasında da itkilərimizin olduğu gələn xəbərlər arasındadır",  - Vasyl Bodnar qeyd edib.