📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynalı uşaqların daha bir qrupu Azərbaycana gəldi

2026-04-19 21:20:13

Ukraynalı uşaqların daha bir qrupu Azərbaycana gəldi

Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev feysbukdakı hesabında bildirib.

Onun sözlərinə görə, bu, 2026-cı ildə ölkəyə reabilitasiya üçün gələn üçüncü qrupdur. Uşaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri, Azərbaycan Milli Məclisinin üzvü Əlibala Məhərrəmzadə və Ukraynanın Azərbaycandakə Səfirliyinin əməkdaşları qarşılayıblar.