📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ukraynalılar Putin kimi prezident arzusundadırlar” - Zaxarova

2023-07-28 17:52:00

“Ukraynalılar Putin kimi prezident arzusundadırlar” - Zaxarova

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat təmsilçisi Mariya Zaxarova ukraynalıların da Rusiya Prezidenti Vladimir Putin kimi lider arzusunda olduqlarını iddia edib.

Zaxarova RT telekanalına müsahibəsində deyib: “Ukrayna xalqının faciəsi ondadır ki, onlar özlərinin də Putin kimi prezidentinin olmasını istəyirlər. Rusiya lideri açıq, qətiyyətli, bilikli və azad danışa bilən siyasətçidir. Ukraynalıların problemi onların qismətinə daima Qərb tərəfindən təyin edilmiş liderlər düşməsindədir. Bu Freydin dediyi məsələdir – başa düşürsünüzmü? Onların nifrəti gizli arzularından qaynaqlanır”.

Hürr Tərcüman