📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynalılar qarabaşaq yox, silah alırlar - Façeviç

2022-02-23 14:46:00

Ukraynalılar qarabaşaq yox, silah alırlar - Façeviç

Fevral ayında ukraynalılar daha çox silah almağa başlayıblar, eyni zamanda, sursat satışı da xeyli artıb.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Milli Polisinin sədr müavini Aleksandr Façeviç deyib.

“Müqayisə üçün qeyd edək ki, ötən ilin fevral ayında 10 mindən az silah satılmışdısa, bu ilin eyni dövründə bu rəqəm artıq 10.300-dür. Bu, yaxşı xəbərdir, çünki bizimkilər qarabaşaq yox, sursat alırlar. Çox yaxşıdır”, - Façeviç bildirib.

Onun sözlərinə görə, əsas silah alıcıları ölkənin şərq rayonlarının əhalisidir.