📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynanı Kubanın taleyi gözləyir

2021-12-15 09:20:00

Ukraynanı Kubanın taleyi gözləyir

Rusiya və ABŞ Ukrayna ətrafındakı situasiyadan çıxış yolu tapacaq, lakin sonuncunu Karib böhranından sonrakı Kubanın taleyi gözləyir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri xorvat nəşri – “Geopolitika”nın siyasi yazarı Zoran Meter öz məqaləsində qeyd edib.

O bildirib ki, ABŞ və NATO Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, öz silahlı qüvvələrindən istifadə etməyəcək:

“Moskvada da açıq bəyan etdilər ki, Kiyev hücum etməyəcəyi təqdirdə, qonşu ölkəyə əməliyyat planlaşdırmırlar”.

Meter əlavə edib ki, Karib böhranı ABŞ-SSRİ arasında hansı rol oynayırdısa, Ukrayna böhranı da rus-amerikan əlaqələrində həmin yerə malikdir. Yazarın fikrincə, ABŞ və Rusiya indi sxemdə mövqeləri dəyişdiriblər, Kubanın əvəzinə Ukraynadır.